• Home  
  • Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verib
- Dünya - Gündəm - Hadisə

Kamçatkada 5,5 maqnitudalı zəlzələ baş verib

Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatskidən 521 kilometr və Aleut bələdiyyə dairəsinin inzibati mərkəzi olan Nikolskoye kəndindən 116 kilometr məsafədə 5,5 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildirilib. Zəlzələ ocağı 63,7 metr dərinlikdə yerləşib. Nikolskoyedə zəlzələ 3 bala qədər hiss olunub. Dağıntılar və […]

Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatskidən 521 kilometr və Aleut bələdiyyə dairəsinin inzibati mərkəzi olan Nikolskoye kəndindən 116 kilometr məsafədə 5,5 maqnitudalı zəlzələ baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildirilib.

Zəlzələ ocağı 63,7 metr dərinlikdə yerləşib.

Nikolskoyedə zəlzələ 3 bala qədər hiss olunub. Dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.