• Home  
  • Ukraynanın Belqorodda sərnişin avtobusuna PUA hücumu nəticəsində 19 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Ukraynanın Belqorodda sərnişin avtobusuna PUA hücumu nəticəsində 19 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalması nəticəsində 19 nəfər sərnişin yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Şuvayevin məlumat yayıb. Qubernatorun bildirdiyinə görə, hadisə bu gün səhər saatlarında Şebekino şəhərində baş verib. Onun sözlərinə görə, Ukraynanın hücumunun hədəfi marşrut avtobusu olub. İlkin məlumata əsasən, 15 nəfər qəlpə […]

Rusiyanın Belqorod vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalması nəticəsində 19 nəfər sərnişin yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Şuvayevin məlumat yayıb.

Qubernatorun bildirdiyinə görə, hadisə bu gün səhər saatlarında Şebekino şəhərində baş verib. Onun sözlərinə görə, Ukraynanın hücumunun hədəfi marşrut avtobusu olub.

İlkin məlumata əsasən, 15 nəfər qəlpə yaraları, daha 3 nəfər isə partlayış dalğasının təsiri nəticəsində akubarotravma alıb.

Həkimlər 6 yaralının vəziyyətini ağır qiymətləndirirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.