Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Əks-səda xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Məlumata görə, sözügedən cinayət əməllərində iştirak etdiyi müəyyən edilmiş 19 şübhəli barəsində həbs qətimkan qərarı verilib. Onlardan 17-si saxlanılsa da, 2-nin tutulması istiqamətində əməliyyat aparılır.
Bildirilib ki, bələdiyyənin şübhəli əməkdaşlarının işi üzrə istintaqlar davam edir.


