Yaponiyanın Kyushu adasında baş vermiş 7,1 bal gücündə zəlzələdən sonra Kumamoto prefekturasının Kaşima qəsəbəsində yerləşən “Aeon Mall Kumamoto” ticarət mərkəzində partlayış baş verib.
Əks-səda xəbər verir ki, bu barədə “Fuji TV” telekanalı məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin olduğu bildirilib. Rəsmi qurumlar isə 200 nəfərin təxliyyə olunduğunu və dağıntılar altında insanların qala biləcəyini istisna etmir. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, iyulun 28-də Yaponiyanın Küsü adasında 7,1 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb, Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün isə sunami xəbərdarlığı elan olunmuşdu.


