• Home  
  • Goranboyda maşın arakəsməyə çırpılıb, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Goranboyda maşın arakəsməyə çırpılıb, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Chevrolet” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən […]

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Chevrolet” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.