• Home  
  • Pakistanda şiddətli yağışlar nəticəsində ölənlərin sayı 109-a çatıb
- Dünya - Gündəm - Hadisə

Pakistanda şiddətli yağışlar nəticəsində ölənlərin sayı 109-a çatıb

İyunun 26-dan bəri Pakistanda leysan yağışları və bununla əlaqədar baş verən hadisələr nəticəsində azı 109 nəfər həlak olub, 362 nəfər isə xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Milli İdarəsindən bildirilib. Ən çox qurban sayı şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb – burada 55 nəfər həlak olub. Şərqdəki Pəncab əyalətində isə […]

İyunun 26-dan bəri Pakistanda leysan yağışları və bununla əlaqədar baş verən hadisələr nəticəsində azı 109 nəfər həlak olub, 362 nəfər isə xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Milli İdarəsindən bildirilib.

Ən çox qurban sayı şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb – burada 55 nəfər həlak olub. Şərqdəki Pəncab əyalətində isə 36 nəfər təbii fəlakətin qurbanı olub.

Su axınları 800-ə yaxın binaya ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan bəri xilasedicilər 148 əməliyyat həyata keçirib və 4 minə yaxın insanı xilas ediblər.

Pakistanda musson mövsümü, adətən, iyundan sentyabradək davam edir. Bol yağıntılar kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır, lakin tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.