• Home  
  • Antalyada meşə yanğınları 2 gündür davam edir
- Dünya - Gündəm - Hadisə

Antalyada meşə yanğınları 2 gündür davam edir

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi işləri ikinci gündür davam edir. Əks-səda xəbər verir ki, yanğına 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, iş texnikası və 135 nəfərlik şəxsi heyətlə müdaxilə olunur. Ərazinin sıldırım, maili və qayalıq olması yanğınsöndürmə qruplarının işini çətinləşdirib. Qeyd edək ki, Manisa vilayətində zeytunluq və […]

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi işləri ikinci gündür davam edir.

Əks-səda xəbər verir ki, yanğına 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, iş texnikası və 135 nəfərlik şəxsi heyətlə müdaxilə olunur. Ərazinin sıldırım, maili və qayalıq olması yanğınsöndürmə qruplarının işini çətinləşdirib.

Qeyd edək ki, Manisa vilayətində zeytunluq və kolluq ərazidə baş verən yanğın isə nəzarət altına alınıb. Yanğın nəticəsində 40 hektar ərazi zərər görüb. Ərazidə soyutma işləri davam etdirilir.

Muğla Valiliyinin açıqlamasına görə, yanğın səbəbindən 43 evdən 65 nəfər təxliyə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.