Sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Əks-səda bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.


