• Home  
  • Fransada yanğın törətməkdə şübhəli bilinən 260-dan çox şəxs saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Fransada yanğın törətməkdə şübhəli bilinən 260-dan çox şəxs saxlanılıb

Fransa hüquq-mühafizə orqanları meşə yanğınları başlayandan bəri qəsdən yanğın törətməkdə şübhəli bilinən 263 nəfəri saxlayıb. Əks-səda xəbər verir ki, bu barədə Fransa hökumətinin məlumatlarına istinadən “Le Parisien” qəzeti bildirib. Qeyd olunur ki, saxlanılanların 92-si yetkinlik yaşına çatmayanlardır. Xatırladaq ki, yay mövsümü başlayandan bəri Avropada meşə yanğınları ilə müşayiət olunan anomal istilər müşahidə edilir. İspaniya və Fransada 360 […]

Fransa hüquq-mühafizə orqanları meşə yanğınları başlayandan bəri qəsdən yanğın törətməkdə şübhəli bilinən 263 nəfəri saxlayıb.

Əks-səda xəbər verir ki, bu barədə Fransa hökumətinin məlumatlarına istinadən “Le Parisien” qəzeti bildirib.

Qeyd olunur ki, saxlanılanların 92-si yetkinlik yaşına çatmayanlardır.

Xatırladaq ki, yay mövsümü başlayandan bəri Avropada meşə yanğınları ilə müşayiət olunan anomal istilər müşahidə edilir. İspaniya və Fransada 360 minə yaxın insan təxliyə edilib. Avropa Komissiyası daha əvvəl bildirib ki, Avropa İttifaqının (Aİ) mülki müdafiə mexanizmi vasitəsilə yanğınların söndürülməsinə 13 təyyarə və 4 helikopter, eləcə də yüzlərlə yanğınsöndürən səfərbər edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.