• Home  
  • İndoneziya sahillərində qəzada ölənlərin sayı 20-yə çatıb
- Dünya - Gündəm - Hadisə

İndoneziya sahillərində qəzada ölənlərin sayı 20-yə çatıb

İndoneziya sahillərində Yava dənizində “Virgo Transport 8” bərəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb. Məlumata görə, daha 115 nəfər itkin düşüb, 108 nəfəri xilas etmək mümkün olub. Xatırladaq ki, göyərtəsində 243 nəfərin olduğu bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə […]

Hadisə

İndoneziya sahillərində Yava dənizində “Virgo Transport 8” bərəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-ə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Məlumata görə, daha 115 nəfər itkin düşüb, 108 nəfəri xilas etmək mümkün olub.

Xatırladaq ki, göyərtəsində 243 nəfərin olduğu bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə gedirmiş. Gəmi, həmçinin 89 nəqliyyat vasitəsi daşıyırmış.

Səfər zamanı gəmi əlverişsiz hava şəraitinə düşüb, bundan sonra sentyabrın 13-də yerli vaxtla saat 02:00 radələrində onunla əlaqə kəsilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.