• Home  
  • Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb
- Dünya - Hadisə - Manşet

Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb

Türkiyənin 9 vilayətində meşə yanğınları baş verib. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) “X” sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib. “Antalya, Çanaqqala və digər vilayətlərdə meşə yanğınları ilə mübarizə davam edir”, – məlumatda bildirilib və əlavə edilib ki, Türkiyədəki meşə yanğınlarına 3 mindən çox şəxsi heyət cəlb olunub. […]

Türkiyənin 9 vilayətində meşə yanğınları baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) “X” sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib.

“Antalya, Çanaqqala və digər vilayətlərdə meşə yanğınları ilə mübarizə davam edir”, – məlumatda bildirilib və əlavə edilib ki, Türkiyədəki meşə yanğınlarına 3 mindən çox şəxsi heyət cəlb olunub.

Bildirilib ki, yanğın zonalarında 23 təyyarə, 54 helikopter və 1.035 quru nəqliyyat vasitəsi fəaliyyət göstərir:

“Meşə yanğınları Manisa, Bursa, Muğla, Balıkəsir, İzmir, Kütahya və Aydın vilayətlərində də qeydə alınıb”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.