• Home  
  • Argentinada helikopter qəzaya uğrayıb, yeddi nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Argentinada helikopter qəzaya uğrayıb, yeddi nəfər həlak olub

Argentinanın San-Xuan vilayətində meşə yanğınlarının söndürülməsində istifadə olunan helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə Argentinanın Fövqəladə Hallar üzrə Federal Agentliyi və region hökuməti məlumat yayıb. “Bu gün Fövqəladə Hallar üzrə Federal Agentliyi tərəfindən icarəyə götürülmüş “Bell 412″ helikopteri San-Xuan vilayətinin İsçiqualasto parkı ərazisində qəzaya uğrayıb”, – qurumun bəyanatında […]

Argentinanın San-Xuan vilayətində meşə yanğınlarının söndürülməsində istifadə olunan helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə Argentinanın Fövqəladə Hallar üzrə Federal Agentliyi və region hökuməti məlumat yayıb.

“Bu gün Fövqəladə Hallar üzrə Federal Agentliyi tərəfindən icarəyə götürülmüş “Bell 412″ helikopteri San-Xuan vilayətinin İsçiqualasto parkı ərazisində qəzaya uğrayıb”, – qurumun bəyanatında bildirilir.

Agentliyin məlumatına görə, helikopter meşə yanğınının söndürülməsinə kömək göstərmək üçün La-Rioxa vilayətinə yollanırdı. Qəza yeri digər bir hava gəmisi tərəfindən aşkar edilib.

Qəzanın səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.