Türkiyənin Giresun şəhərinin Alucra rayonunda sürücünün idarəetməsindən çıxan avtomobil çay yatağına aşıb, 3 sərnişin həyatını itirib, 3 nəfər yaralanıb.
Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
“Yeşilyurt kəndində DSİ bənd yolunda hərəkət edən İlyas Kerim Saatçinin (21) idarə etdiyi 28 ADC 335 nömrəli avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində çay yatağına aşıb”, məlumatda bildirilib və bölgəyə 112 Təcili Tibbi Yardım və jandarm qruplarının göndərildiyi əlavə olunub.
Qeyd edilib ki, avtomobildə sərnişin kimi olan Almina Değerli (21), Sevgi Saatçi (57) və Zeykir Saatçi (55) hadisə yerində həyatını itirib. Yaralanan sürücü ilə digər sərnişinlər Melek Değerli (28) və Ayşe Yamak (49) Alucra Dövlət Xəstəxanasında çatdırılıblar.


