• Home  
  • “Çelsi” Fransa yığmasının oyunçusunu transfer etdi
- Dünya - Gündəm - Idman

“Çelsi” Fransa yığmasının oyunçusunu transfer etdi

“Çelsi” klubu “Kristal Pelas”ın və Fransa millisinin müdafiəçisi Maksans Lakruanı transfer edib. Əks-səda xəbər verir ki, bu barədə London təmsilçilərinin rəsmi internet səhifəsində məlumat verilib. 26 yaşlı futbolçu paytaxt klubu ilə 2032-ci ilə qədər razılaşma əldə edib və 2026/27-ci illər mövsümü başlamazdan əvvəl komandaya qoşulacaq. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, oyunçunun bazar dəyəri 50 milyon avro təşkil edir. […]

“Çelsi” klubu “Kristal Pelas”ın və Fransa millisinin müdafiəçisi Maksans Lakruanı transfer edib.

Əks-səda xəbər verir ki, bu barədə London təmsilçilərinin rəsmi internet səhifəsində məlumat verilib.

26 yaşlı futbolçu paytaxt klubu ilə 2032-ci ilə qədər razılaşma əldə edib və 2026/27-ci illər mövsümü başlamazdan əvvəl komandaya qoşulacaq.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, oyunçunun bazar dəyəri 50 milyon avro təşkil edir.

Qeyd edək ki, DÇ-2026-da müdafiəçi üç qarşılaşmada meydana çıxıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.