• Home  
  • Rusiya Sumını bombalayıb, ölən və yaralananlar var
- Dünya - Gündəm - Hadisə

Rusiya Sumını bombalayıb, ölən və yaralananlar var

Rusiya qoşunları avqustun 4-də gecə saatlarında Sumı şəhərinin mülki infrastrukturuna idarəolunan aviabombalarla zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib. Onun sözlərinə görə, Kovpakovsk rayonunun üç hissəsinə zərbələr qeydə alınıb. Fərdi yaşayış sektoru və infrastruktur obyektləri bombalanıb. Hücum nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar var. Zərbənin fəsadları […]

Rusiya qoşunları avqustun 4-də gecə saatlarında Sumı şəhərinin mülki infrastrukturuna idarəolunan aviabombalarla zərbə endirib.

Əks-səda xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Onun sözlərinə görə, Kovpakovsk rayonunun üç hissəsinə zərbələr qeydə alınıb. Fərdi yaşayış sektoru və infrastruktur obyektləri bombalanıb.

Hücum nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar var. Zərbənin fəsadları barədə məlumat dəqiqləşdirilir.

Qriqorov yeni hücum təhlükəsinin qaldığını qeyd edərək, şəhər sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.