• Home  
  • Xırdalanı “Memar Əcəmi” metrosu ilə əlaqələndirən avtobuslar dəyişdirilir
- Cəmiyyət - Gündəm - Ölkə

Xırdalanı “Memar Əcəmi” metrosu ilə əlaqələndirən avtobuslar dəyişdirilir

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir. Əks-səda bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz […]

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.

Əks-səda bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu “İveco” markalı avtobuslarla əvəz ediləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.