Lerik rayonunda 3,1 maqnitudalı zəlzələ baş verib.
Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb.


