• Home  
  • Təbrizdə üzgüçülük hovuzunda 14 nəfər zəhərlənib
- Gündəm - Hadisə

Təbrizdə üzgüçülük hovuzunda 14 nəfər zəhərlənib

İranın Təbriz şəhərində üzgüçülük hovuzunda zəhərlənmə hadisəsi baş verib. Əks-səda xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Xidməti məlumat yayıb. Məlumata görə, hovuzda üzən 14 nəfərdə tənəffüs problemləri və zəhərlənmə əlamətləri müşahidə edilib. Xəstəxanaya aparılan şəxslərə tibbi yardım göstərilib. İlkin məlumata görə, üzgüçülərin zəhərlənməsinə səbəb hovuza tökülən xlor səbəb olub. Bununla belə, hadisənin dəqiq […]

İranın Təbriz şəhərində üzgüçülük hovuzunda zəhərlənmə hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, hovuzda üzən 14 nəfərdə tənəffüs problemləri və zəhərlənmə əlamətləri müşahidə edilib. Xəstəxanaya aparılan şəxslərə tibbi yardım göstərilib.

İlkin məlumata görə, üzgüçülərin zəhərlənməsinə səbəb hovuza tökülən xlor səbəb olub. Bununla belə, hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.