• Home  
  • Pentaqon 3 milyard dollarlıq hərbi sazişlər imzalayıb
- Dünya - Gündəm - Siyasət

Pentaqon 3 milyard dollarlıq hərbi sazişlər imzalayıb

Pentaqon “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalının genişləndirilməsi məqsədilə “Lockheed Martin” və “Northrop Grumman” korporasiyaları ilə dəyəri 3 milyard dollardan çox olan müqavilələr imzalayıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyi (red. – keçmiş Müdafiə Nazirliyi, Pentaqon) məlumat yayıb. Məlumata görə, iki çərçivə sazişi gələcəkdə “Patriot” üçün “PAC-3” raketlərinin istehsal həcmini […]

Pentaqon “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalının genişləndirilməsi məqsədilə “Lockheed Martin” və “Northrop Grumman” korporasiyaları ilə dəyəri 3 milyard dollardan çox olan müqavilələr imzalayıb.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyi (red. – keçmiş Müdafiə Nazirliyi, Pentaqon) məlumat yayıb.

Məlumata görə, iki çərçivə sazişi gələcəkdə “Patriot” üçün “PAC-3” raketlərinin istehsal həcmini üç dəfə, “THAAD” sistemləri üçün isə dörd dəfə artırmağa kömək edəcək.

“Northrop Grumman”dan dəqiqləşdiriblər ki, “PAC-3” raketləri üçün mühərrik və digər sistemlərin istehsalına 2 milyard dollar, yeddi il ərzində “THAAD” komponentlərinin istehsal həcminin artırılmasına 1 milyard dollar yönəldiləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.