• Home  
  • Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb

Türkiyənin Kahramanmaraş şəhəri daxil olmaqla 8 vilayətdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat zamanı 39 şübhəli saxlanılıb. Araşdırmalar çərçivəsində təşkilatın fəaliyyətində iştirak etdiyi müəyyən edilən şəxslərə qarşı Kahramanmaraşla yanaşı İstanbul, Ankara, Konya, Zonguldak, Adana, Hatay və Qaziantep vilayətlərində eyni vaxtda əməliyyat keçirilib: “Əməliyyat zamanı 39 şübhəli saxlanılıb. Daha […]

Kriminal

Türkiyənin Kahramanmaraş şəhəri daxil olmaqla 8 vilayətdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat zamanı 39 şübhəli saxlanılıb.

Araşdırmalar çərçivəsində təşkilatın fəaliyyətində iştirak etdiyi müəyyən edilən şəxslərə qarşı Kahramanmaraşla yanaşı İstanbul, Ankara, Konya, Zonguldak, Adana, Hatay və Qaziantep vilayətlərində eyni vaxtda əməliyyat keçirilib:

“Əməliyyat zamanı 39 şübhəli saxlanılıb. Daha bir şəxsin isə xaricdə olduğu müəyyən edilib”.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 5 tapança, 251 patron, 6 ov tüfəngi, 123 ov tüfəngi patronu, 2 qılınc və 2 bıçaq da ələ keçirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.