• Home  
  • Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
- Dünya - Gündəm - Hadisə

Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında musson yağışlarının yaratdığı güclü daşqınlar nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə “The Times of India” Assam Ştatının Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən məlumat yayıb. Məlumata əsasən, daşqınlardan 300 mindən çox insan zərər çəkib. Sel suları 349 kəndi su altında qoyub, 15,4 min hektar kənd təsərrüfatı […]

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında musson yağışlarının yaratdığı güclü daşqınlar nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə “The Times of India” Assam Ştatının Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, daşqınlardan 300 mindən çox insan zərər çəkib. Sel suları 349 kəndi su altında qoyub, 15,4 min hektar kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib.

Bildirilib ki, Assam ştatında davam edən intensiv musson yağışları və daşqınlarla əlaqədar xilasetmə əməliyyatlarına Hindistan ordusu və Hərbi Hava Qüvvələri də cəlb olunub. Daşqın bölgələrində təxliyə və humanitar yardım tədbirləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.