• Home  
  • Fransada meşə yanğınlarının miqyası böyüyür
- Dünya - Gündəm

Fransada meşə yanğınlarının miqyası böyüyür

Fransanın paytaxtı Parisdən 70 kilometr cənubda başlayan şiddətli meşə yanğını nəticəsində 1.9 min hektara yaxın ərazidə yaşıllıq yanaraq kül olub. “Əks-səda” xəbər verir ki, bu məlumatı Sena və Marna departamentinin yanğından mühafizə qurumunun rəsmisi Pol-Eduar Loren “Franceinfo” radiosuna müsahibəsində açıqlayıb. Loren alovun əhatə dairəsinin gün ərzində daha da böyüyə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, yanğının […]

Fransanın paytaxtı Parisdən 70 kilometr cənubda başlayan şiddətli meşə yanğını nəticəsində 1.9 min hektara yaxın ərazidə yaşıllıq yanaraq kül olub.

Əks-səda” xəbər verir ki, bu məlumatı Sena və Marna departamentinin yanğından mühafizə qurumunun rəsmisi Pol-Eduar Loren “Franceinfo” radiosuna müsahibəsində açıqlayıb.

Loren alovun əhatə dairəsinin gün ərzində daha da böyüyə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, yanğının söndürülməsi əməliyyatlarında 850 nəfər xilasedici iştirak edir və onlara səmadan 4 ədəd “Canadair” tipli təyyarə yardım göstərir. Mövcud əlverişsiz hava şəraiti yanğının daha sürətlə yayılmasına şərait yaradır.

“Meteo-France” milli meteoroloji mərkəzinin 14 iyul üçün verdiyi proqnozlara görə, ölkənin mərkəzi regionlarında 36-38 dərəcə Selsi səviyyəsində anomal isti hava şəraiti davam edəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.