• Home  
  • “Rospotrebnadzor” Ermənistandan su və qazlı içkilərin satışını dayandırıb
- Dünya - Gündəm - İQTİSADİYYAT

“Rospotrebnadzor” Ermənistandan su və qazlı içkilərin satışını dayandırıb

“Rospotrebnadzor” Ermənistan istehsallı 70 mindən çox içməli su və qazlı içkini bloklayıb. Əks-səda xəbər verir ki, bu barədə təşkilatdan “Kommersant”a bildirilib. Qərar istehsalçılar tərəfindən məhsula dair məcburi tələblərin pozulması səbəbindən qəbul edilib. Məhdudiyyətlərə “RRR” mineral sular zavodunda istehsal olunan “BJNİ” (BJNI) mineral içməli su, həmçinin Ermənistanın “VATERLOK” şirkətinin “Prosto Azbuka” içməli suyu, o cümlədən uşaqlar üçün olan […]

“Rospotrebnadzor” Ermənistan istehsallı 70 mindən çox içməli su və qazlı içkini bloklayıb.

Əks-səda xəbər verir ki, bu barədə təşkilatdan “Kommersant”a bildirilib.

Qərar istehsalçılar tərəfindən məhsula dair məcburi tələblərin pozulması səbəbindən qəbul edilib.

Məhdudiyyətlərə “RRR” mineral sular zavodunda istehsal olunan “BJNİ” (BJNI) mineral içməli su, həmçinin Ermənistanın “VATERLOK” şirkətinin “Prosto Azbuka” içməli suyu, o cümlədən uşaqlar üçün olan növü və DARBAS ticarət markalı (“Arsen yev Nerses” MMC) alkoqolsuz Moxito düşüb.

“Hazırda “Rospotrebnadzor” tərəfindən göstərilən partiyaların pərakəndə və onlayn kanallarda satışı bütün lazımi yoxlamalar başa çatana qədər qadağandır”, – CRPT-nin baş direktorunun müavini Revaz Yusupov qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.