• Home  
  • Yaponiyada qasırğadan sonra təxminən 17 min ev və mənzil elektrik enerjisiz qalıb
- Cəmiyyət - Dünya - Gündəm - Hadisə

Yaponiyada qasırğadan sonra təxminən 17 min ev və mənzil elektrik enerjisiz qalıb

Tokionun yaxınlığında yerləşən Çiba və Kanaqava prefekturalarında “Dujuan” qasırğasının fəsadları səbəbindən təxminən 17 min yaşayış evi və mənzil elektrik enerjisiz qalıb. Əks-səda xəbər verir ki, bu barədə regionun ən böyük enerji şirkəti olan “Tokyo Electric Power”ın müvafiq bölməsi məlumat yayıb. Şirkətdən bildirilib ki, elektrik enerjisinin verilişinin sentyabrın 25-dək bərpa olunması üçün işlər davam etdirilir. Yerli hakimiyyət orqanlarının […]

Hadisə

Tokionun yaxınlığında yerləşən Çiba və Kanaqava prefekturalarında “Dujuan” qasırğasının fəsadları səbəbindən təxminən 17 min yaşayış evi və mənzil elektrik enerjisiz qalıb.

Əks-səda xəbər verir ki, bu barədə regionun ən böyük enerji şirkəti olan “Tokyo Electric Power”ın müvafiq bölməsi məlumat yayıb.

Şirkətdən bildirilib ki, elektrik enerjisinin verilişinin sentyabrın 25-dək bərpa olunması üçün işlər davam etdirilir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət zonasındakı təxminən 600 yaşayış evinə ciddi ziyan dəyib.

Çiba prefekturasında yerli dəmir yolu xətlərinin hərəkətində də fasilələr davam edir. Hakimiyyət orqanları genişmiqyaslı daşqınlardan sonra dəmir yolu yollarının və müvafiq avadanlıqların vəziyyətini yoxlayır.

Qasırğanın yaratdığı fəsadlar nəticəsində 10 nəfər həyatını itirib, daha 4 nəfər isə itkin düşmüş hesab olunur. Ölənlərin əksəriyyətinin torpaq sürüşmələrinin qurbanı olduğu bildirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.