• Home  
  • Tailandlı futbolçu Sofvan Ave matç zamanı ildırım vurması nəticəsində vəfat edib
- Dünya - Gündəm - Hadisə

Tailandlı futbolçu Sofvan Ave matç zamanı ildırım vurması nəticəsində vəfat edib

Tailandda keçirilən futbol matçı zamanı ildırım vurması nəticəsində 24 yaşlı oyunçu Sofvan Ave vəfat edib. Əks-səda xəbər verir ki, avqustun 4-də ölkənin cənubundakı Narathivat əyalətində baş verən hadisə zamanı daha 9 futbolçu xəsarət alıb. Qarşılaşma zamanı ildırım çaxmasından sonra bir neçə oyunçu qazona yıxılıb. Komanda yoldaşları S.Aveyə ilk tibbi yardım göstərməyə çalışsalar da, onun həyatını xilas […]

Tailandda keçirilən futbol matçı zamanı ildırım vurması nəticəsində 24 yaşlı oyunçu Sofvan Ave vəfat edib.

Əks-səda xəbər verir ki, avqustun 4-də ölkənin cənubundakı Narathivat əyalətində baş verən hadisə zamanı daha 9 futbolçu xəsarət alıb.

Qarşılaşma zamanı ildırım çaxmasından sonra bir neçə oyunçu qazona yıxılıb. Komanda yoldaşları S.Aveyə ilk tibbi yardım göstərməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan tailandlı 8 futbolçu xəstəxanaya yerləşdirilib. Yaralanan bir malayziyalı oyunçu isə müalicəsini davam etdirmək üçün vətəninə göndərilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.