• Home  
  • Bakıda 24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda 24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakının Təbriz küçəsində, metronin “Nəriman Nərimanov” stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Əks-səda bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib. Marşrut üzrə avtobusların […]

Bakının Təbriz küçəsində, metronin “Nəriman Nərimanov” stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Əks-səda bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib.

Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.