• Home  
  • Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb

Türkiyənin Kocaeli vilayətində FETÖ-yə üzv olmaq ittihamı ilə barəsində həbs cəzası qüvvəyə minmiş ehtiyatda olan polkovnik saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, axtarışda olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı FETÖ-yə üzv olmaqda təqsirli bilinən və barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış şəxsin Gölcük rayonunda olduğu […]

Türkiyənin Kocaeli vilayətində FETÖ-yə üzv olmaq ittihamı ilə barəsində həbs cəzası qüvvəyə minmiş ehtiyatda olan polkovnik saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, axtarışda olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı FETÖ-yə üzv olmaqda təqsirli bilinən və barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış şəxsin Gölcük rayonunda olduğu müəyyən edilib.

Qeyd olunub ki, keçirilən əməliyyat nəticəsində saxlanılan məhkum polis idarəsindəki prosessual tədbirlər başa çatdıqdan sonra cəzasını çəkməsi üçün penitensiar müəssisəyə təhvil verilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.