• Home  
  • Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın baş verib
- Dünya - Gündəm - Hadisə

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın baş verib

Avqustun 8-nə keçən gecə Rusiyanın Krasnodar diyarı və Samara vilayəti dron hücumlarına məruz qalıb. Əks-səda xəbər verir ki, hücumlar nəticəsində İlsk və Sızran neft emalı zavodlarında yanğın baş verib. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev vilayətdəki sənaye müəssisələrindən birinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər çalışır. Krasnodar diyarının operativ qərargahı isə […]

Avqustun 8-nə keçən gecə Rusiyanın Krasnodar diyarı və Samara vilayəti dron hücumlarına məruz qalıb.

Əks-səda xəbər verir ki, hücumlar nəticəsində İlsk və Sızran neft emalı zavodlarında yanğın baş verib.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev vilayətdəki sənaye müəssisələrindən birinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər çalışır.

Krasnodar diyarının operativ qərargahı isə İlsk NEZ-in ərazisinə dron qalıqlarının düşdüyünü bildirib:

“Pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində İlsk neft emalı zavodunda yanğın baş verib. İlkin məlumata görə, beş nəfər xəsarət alıb”, – deyə məlumatda bildirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.