• Home  
  • ABBA qrupunun üçüncü hiti bir milyard dinləmə həddini keçdi
- Dünya - Gündəm - Maqazin

ABBA qrupunun üçüncü hiti bir milyard dinləmə həddini keçdi

İsveçin əfsanəvi ABBA qrupunun üçüncü mahnısı “Spotify” striminq xidmətində bir milyard dinləmə göstəricisini geridə qoyub. Bu dəfə söhbət “The Winner Takes It All” xitindən gedir. Əks-səda xəbər verir ki, bu barədə “Universal Music” şirkəti məlumat yayıb. Daha əvvəl bu həddi qrupun “Dancing Queen” və “Gimme! Gimme! Gimme! (A Man After Midnight)” bəstələri keçmişdi. ABBA-nın bu üç […]

Maqazin

İsveçin əfsanəvi ABBA qrupunun üçüncü mahnısı “Spotify” striminq xidmətində bir milyard dinləmə göstəricisini geridə qoyub. Bu dəfə söhbət “The Winner Takes It All” xitindən gedir.

Əks-səda xəbər verir ki, bu barədə “Universal Music” şirkəti məlumat yayıb.

Daha əvvəl bu həddi qrupun “Dancing Queen” və “Gimme! Gimme! Gimme! (A Man After Midnight)” bəstələri keçmişdi. ABBA-nın bu üç məşhur hiti ümumilikdə 4 milyard dəfədən çox dinlənilib.

Qeyd edək ki, “The Winner Takes It All” mahnısı 1980-ci ildə “Super Trouper” albomunda işıq üzü görüb. Ötən il mahnı sosial şəbəkələrdə “mətni müxtəlif trendlərin təşviqi üçün istifadə edən yeni nəsil sayəsində” ikinci həyatını qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.