• Home  
  • ABŞ-də 16 ildən sonra ilk dəfə bir gündə üç nəfər edam edilib
- Dünya - Gündəm - Hadisə

ABŞ-də 16 ildən sonra ilk dəfə bir gündə üç nəfər edam edilib

Avqustun 13-də ABŞ-nin üç ştatının – Tennessi, Alabama və Oklahomanın hakimiyyət orqanları üç məhkum barəsində ölüm hökmlərini icra edib. Əks-səda xəbər verir ki, ABŞ-də sonuncu dəfə bir gün ərzində üç edam 16 il əvvəl həyata keçirilib. Alabamada 2021-ci ildə beş yaşlı qızı zorlamaqda və öldürməkdə təqsirli bilinən Ceremi Uilyams edam edilib. Oklahomada 2003-cü ildə sevgilisi Olimpiya Fişeri […]

Avqustun 13-də ABŞ-nin üç ştatının – Tennessi, Alabama və Oklahomanın hakimiyyət orqanları üç məhkum barəsində ölüm hökmlərini icra edib.

Əks-səda xəbər verir ki, ABŞ-də sonuncu dəfə bir gün ərzində üç edam 16 il əvvəl həyata keçirilib.

Alabamada 2021-ci ildə beş yaşlı qızı zorlamaqda və öldürməkdə təqsirli bilinən Ceremi Uilyams edam edilib. Oklahomada 2003-cü ildə sevgilisi Olimpiya Fişeri öldürdüyünə görə məhkum edilmiş Karlos Kuesta Rodriqes barəsindəki ölüm hökmü icra olunub. Tennessidə 1985-ci ildə xadiməni öldürdüyünə görə məhkum olunmuş Entoni Darrell Hayns edam edilib.

Bir gündə üç edamın həyata keçirilməsi ABŞ-də icra edilən ölüm hökmlərinin sayının artmasını əks etdirir. 2025-ci ildə ölkədə 47 nəfər edam edilib – bu, 2009-cu ildən bəri ən yüksək göstəricidir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.