• Home  
  • ABŞ-də atışma zamanı üç nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

ABŞ-də atışma zamanı üç nəfər həlak olub

ABŞ-nin Aydaho ştatının Tvin-Fols şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “NBC News” telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb. İnsident yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 01:00-da – red.) “In-N-Out Burger” fastfud restoranının yaxınlığında baş verib. Hakimiyyət orqanlarının məlumatına görə, atəş açan cinayətkarın ölənlər arasında […]

ABŞ-nin Aydaho ştatının Tvin-Fols şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “NBC News” telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 01:00-da – red.) “In-N-Out Burger” fastfud restoranının yaxınlığında baş verib.

Hakimiyyət orqanlarının məlumatına görə, atəş açan cinayətkarın ölənlər arasında olub-olmadığı hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.