• Home  
  • ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb
- Dünya - Gündəm - Hadisə

ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin Miçiqan ştatının Qrand-Travers dairəsində, Travers-Siti yaxınlığında təlim uçuşu həyata keçirən F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press”ə Texas Milli Qvardiyasının nümayəndəsi bildirib. Texas Hava Milli Qvardiyasının 149-cu qırıcı qanadına məxsus təyyarə planlı təlim uçuşu həyata keçirib. Pilot katapult edib və yerli xəstəxanaya aparılıb. Onun xəsarətlərinin dərəcəsi açıqlanmır. Hadisədən sonra […]

ABŞ-nin Miçiqan ştatının Qrand-Travers dairəsində, Travers-Siti yaxınlığında təlim uçuşu həyata keçirən F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Associated Press”ə Texas Milli Qvardiyasının nümayəndəsi bildirib.

Texas Hava Milli Qvardiyasının 149-cu qırıcı qanadına məxsus təyyarə planlı təlim uçuşu həyata keçirib. Pilot katapult edib və yerli xəstəxanaya aparılıb. Onun xəsarətlərinin dərəcəsi açıqlanmır.

Hadisədən sonra Qrand Traverse dairəsi hakimiyyəti sakinlərə evdə qalmağı tövsiyə edib.

Qəzanın səbəbi araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.