• Home  
  • Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
- Dünya - Gündəm - Hadisə - KriminaI

Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb

Türkiyənin İzmir vilayətinin Seferihisar rayon Bələdiyyəsinə yönəlik rüşvət və qanunsuzluq əməliyyatında aralarında bələdiyyə işçiləri və podratçıların da olduğu 43 şübhəli saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə məlumatı “Haber Global” yayıb. Bildirilib ki, Seferihisar Bələdiyyəsində tikinti və abadlıq işlərində rüşvət alınıb-verildiyinə, bələdiyyədə tender və birbaşa satınalmalarda qanunsuzluq edildiyinə dair İzmir prokurorluğunda cinayət işi başlanıb. Məlumata görə, […]

Hadisə

Türkiyənin İzmir vilayətinin Seferihisar rayon Bələdiyyəsinə yönəlik rüşvət və qanunsuzluq əməliyyatında aralarında bələdiyyə işçiləri və podratçıların da olduğu 43 şübhəli saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, Seferihisar Bələdiyyəsində tikinti və abadlıq işlərində rüşvət alınıb-verildiyinə, bələdiyyədə tender və birbaşa satınalmalarda qanunsuzluq edildiyinə dair İzmir prokurorluğunda cinayət işi başlanıb.

Məlumata görə, barələrində saxlanılma qərarı verilən 48 şübhəlinin yaşadığı ünvanlarda əməliyyat təşkil edilib, axtarış aparılıb. Əməliyyatda 43 şübhəli tutulub.

İstintaqdan yayınmış 5 şübhəlinin tutulması istiqamətində əməliyyat davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.