• Home  
  • ABŞ-də silahlı kişi qubernatorluğa namizədə hücum etməyə cəhd göstərib
- Dünya - Gündəm - Hadisə

ABŞ-də silahlı kişi qubernatorluğa namizədə hücum etməyə cəhd göstərib

ABŞ-də kişi seçki kampaniyası zamanı Demokratlar Partiyasından Ohayonun qubernatoru vəzifəsində namizəd Emi Aktona hücuma, yolda daha bir neçə nəfəri yaraladığına görə həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə CNBC seçkiöncəsi qərargahın nümayəndəsi Eddi Bullok və dairə şerifi Cerri Qrinə istinadən xəbər verib. Şerifin sözlərinə görə, 38 yaşlı Patrik Havas Aktonun çıxış etdiyi Demokratlar Partiyasının çadırına […]

Hadisə

ABŞ-də kişi seçki kampaniyası zamanı Demokratlar Partiyasından Ohayonun qubernatoru vəzifəsində namizəd Emi Aktona hücuma, yolda daha bir neçə nəfəri yaraladığına görə həbs edilib.

Əks-səda xəbər verir ki, bu barədə CNBC seçkiöncəsi qərargahın nümayəndəsi Eddi Bullok və dairə şerifi Cerri Qrinə istinadən xəbər verib.

Şerifin sözlərinə görə, 38 yaşlı Patrik Havas Aktonun çıxış etdiyi Demokratlar Partiyasının çadırına girib, telefonu ilə onu çəkməyə başlayıb və sonra izdihamın arasından onu itələyib.

Keçmiş demokrat konqresmen Con Boççieri telekanala bildirib ki, kişi izdihamın arasından qaçıb və insanları Ektona tərəf itələməyə başlayıb.

Nəticədə, onun qarşısında dayanan iki yaşlı iştirakçı yıxılıb. Boççerinin sözlərinə görə, onlardan biri yıxılarkən başından zədələnib.

Polis əməkdaşları kişini yerə yıxıblar.

O, saxlanıldıqda üzərində iki odlu silah və mis dəyənək tapılıb. Lakin şerifin sözlərinə görə, kişi hadisə zamanı onlardan istifadə etməyib.

Şübhəli şəxsə iki hücum və ictimai asayişi pozmaq ittihamı irəli sürülüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.