• Home  
  • ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
- Dünya - Gündəm - Hadisə

ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Amerikanın İrana tətbiq etdiyi blokadanı pozmağa cəhd edən, Panama bayrağı altında üzən “M/V Vela Nova” yük gəmisini sıradan çıxarıb. Əks-səda CENTCOM-a istinadən xəbər verir ki, hadisə Oman körfəzinin akvatoriyasında, quru yük gəmisi İran limanlarından birinə doğru hərəkət edərkən baş verib. ABŞ qurumunun məlumatına görə, gəmi heyəti Amerika qüvvələrinin dəfələrlə […]

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Amerikanın İrana tətbiq etdiyi blokadanı pozmağa cəhd edən, Panama bayrağı altında üzən “M/V Vela Nova” yük gəmisini sıradan çıxarıb.

Əks-səda CENTCOM-a istinadən xəbər verir ki, hadisə Oman körfəzinin akvatoriyasında, quru yük gəmisi İran limanlarından birinə doğru hərəkət edərkən baş verib.

ABŞ qurumunun məlumatına görə, gəmi heyəti Amerika qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymadıqdan sonra Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri gəminin maşın bölməsinə iki “Hellfire” raketi atıb. Zərbə nəticəsində sükan sistemi zədələnib və gəmi hərəkət qabiliyyətini itirib.

CENTCOM-dan bildiriblər ki, avqustun 11-nə olan məlumata görə, Amerika qüvvələri blokadadan yan keçməyə cəhd edən 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb və daha ikisinə baxış keçirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.