• Home  
  • ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb
- Dünya - Gündəm - Siyasət

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-nin dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin […]

Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-nin dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin olunması təlim başa çatana qədər mümkün olmayacaq.

Reuters qeyd edir ki, Tramp administrasiyası deportasiyaların artırılması və immiqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində genişmiqyaslı kampaniya aparır. Bu siyasət viza və yaşıl kartların ləğv edilməsini, həmçinin siyasi baxışlar və Fələstin tərəfdarı aksiyalarda iştirak da daxil olmaqla müxtəlif səbəblərlə müraciətlərin rədd edilməsini nəzərdə tutur.

ABŞ administrasiyası hesab edir ki, bu tədbirlər ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.