• Home  
  • Prezident İlham Əliyev “Sabah”ı təbrik edib
- Manşet - Ölkə - Rəsmi

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib. Əks-səda xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə […]

Prezident İlham Əliyev

Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.

Əks-səda xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib.

“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

“Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna səfərdə 1:2 hesabı ilə məğlub olan “Sabah”, Bakıda əsas vaxtda 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda daha 2 qol vuran Azərbaycan təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.