ABŞ ordusu Karib dənizində qayığa hücum təşkil edib və nəticədə dörd nəfər həlak olub.
Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, zərbənin hədəfi Karib dənizində narkotik vasitələrin daşınması ilə bağlı məlum marşrutlardan biri ilə hərəkət edən sürətli qayıq olub.
“İstintaq məlumatları gəminin narkotik vasitələrin qaçaqmalçılığında istifadə edildiyini təsdiqləyib”, – məlumatda bildirilib.
ABŞ mediasının yazdığına görə, 2025-ci ilin payızında hücumlar başlayandan bəri narkotik daşınmasında istifadə olunduğu ehtimal edilən qayıqlara ABŞ Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində 220-dən çox insan həlak olub.


