• Home  
  • ABŞ-nin “George H.W. Bush” təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
- Dünya - Gündəm - Siyasət

ABŞ-nin “George H.W. Bush” təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb

Amerikanın “George H. W. Bush” aviadaşıyıcısı Tailanda səfərindən sonra Yaxın Şərqdə əməliyyatları davam etdirmək üçün Ərəbistan dənizinə qayıdıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində bildirib. “George H. W. Bush” bu yaxınlarda Tailanda etdiyi səfərdən sonra Ərəbistan dənizində patrul xidməti aparır. Aviadaşıyıcının heyəti və göyərtəsində olan ümumi sayı […]

Amerikanın “George H. W. Bush” aviadaşıyıcısı Tailanda səfərindən sonra Yaxın Şərqdə əməliyyatları davam etdirmək üçün Ərəbistan dənizinə qayıdıb.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində bildirib.

“George H. W. Bush” bu yaxınlarda Tailanda etdiyi səfərdən sonra Ərəbistan dənizində patrul xidməti aparır. Aviadaşıyıcının heyəti və göyərtəsində olan ümumi sayı 5 min nəfərlik şəxsi heyət planlı yerləşdirmə çərçivəsində Yaxın Şərqdə CENTCOM-un əməliyyatlarında iştirak etməyə davam edir”, – məlumatda bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.