• Home  
  • Fransanın kiçik çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb
- Dünya - Gündəm - Hadisə

Fransanın kiçik çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb

Fransada kiçik çay və axarlarda suyun səviyyəsi iyulun sonuna olan vəziyyətə görə ilin bu dövrü üçün tarixi minimum həddə enib. Əks-səda xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Fransa Biomüxtəliflik Bürosunun (OFB) hesabatına əsasən, ölkə rekord quraqlıqla üz-üzə qalıb. Hazırda 1 373 kiçik çayda tamamilə qurumuş sahələr qeydə alınıb. Təkcə iyul ayı ərzində […]

Fransada kiçik çay və axarlarda suyun səviyyəsi iyulun sonuna olan vəziyyətə görə ilin bu dövrü üçün tarixi minimum həddə enib.

Əks-səda xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Fransa Biomüxtəliflik Bürosunun (OFB) hesabatına əsasən, ölkə rekord quraqlıqla üz-üzə qalıb. Hazırda 1 373 kiçik çayda tamamilə qurumuş sahələr qeydə alınıb. Təkcə iyul ayı ərzində belə su hövzələrinin sayı 550-dən çox artıb.

Qurumun məlumatına görə, mövcud vəziyyət hətta 2022-ci ildə qeydə alınmış tarixi quraqlığı da geridə qoyub. Həmin il tamamilə quruyan su axarlarının sayı indiki göstəricidən 112 vahid az olub.

Ölkə ərazisində kritik quraqlıq müşahidə edilsə də, ən ağır vəziyyət Vandeyadan Qrand-Est regionuna qədər olan ərazilərdə, eləcə də Fransanın cənubunun mərkəzi hissəsində qeydə alınıb.

Mütəxəssislər fəlakətli vəziyyəti bu yay baş vermiş üç anomal isti dalğası, may ayında havaların normadan tez istiləşməsi, həmçinin güclü antisiklon səbəbindən yağıntıların uzun müddət müşahidə olunmaması ilə əlaqələndirirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.