• Home  
  • ABŞ Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb
- Dünya - Gündəm - Hadisə

ABŞ Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los-Çoneros” narkoterror təşkilatının maraqları üçün istifadə edilən gəmini ələ keçirib və batırıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb. Komandanlığın məlumatına görə, gəmidən Sakit okeanın şərq hissəsindəki beynəlxalq sularda narkotik qaçaqmalçılığı üçün üzən yanacaqdoldurma stansiyası kimi istifadə edilib. Əməliyyat Ekvador hökuməti ilə koordinasiya […]

Hadisə

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los-Çoneros” narkoterror təşkilatının maraqları üçün istifadə edilən gəmini ələ keçirib və batırıb.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatına görə, gəmidən Sakit okeanın şərq hissəsindəki beynəlxalq sularda narkotik qaçaqmalçılığı üçün üzən yanacaqdoldurma stansiyası kimi istifadə edilib. Əməliyyat Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq şəraitində keçirilib.

ABŞ kəşfiyyatı gəminin “Los-Çoneros”un maraqları üçün istifadə edildiyini təsdiqləyib. Onun göyərtəsindəki şəxslər Ekvador hakimiyyətinə təhvil veriliblər.

Gəmidə axtarış və təmizləmə aparıldıqdan sonra ABŞ hərbçiləri onu batırıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.