• Home  
  • Milanda sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Milanda sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Milanda (İtaliya) sinaqoq və məsciddə terror aktları hazırlayan 22 yaşlı gənc saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Həmin şəxs əvvəlcədən partlayıcı qurğuların hazırlanması və odlu silahların modifikasiyası üsullarını öyrənib. O, hazır qurğulardan Milan ətrafındakı sinaqoq və məsciddə istifadə etməyi planlaşdırıb. Axtarış zamanı polislər onun elektron cihazlarında ksenofobiyanı və Holokostun inkarını təbliğ […]

Milanda (İtaliya) sinaqoq və məsciddə terror aktları hazırlayan 22 yaşlı gənc saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Həmin şəxs əvvəlcədən partlayıcı qurğuların hazırlanması və odlu silahların modifikasiyası üsullarını öyrənib. O, hazır qurğulardan Milan ətrafındakı sinaqoq və məsciddə istifadə etməyi planlaşdırıb.

Axtarış zamanı polislər onun elektron cihazlarında ksenofobiyanı və Holokostun inkarını təbliğ edən, eləcə də 2011-ci ildə Norveçdə kütləvi qətllər törətmiş terrorçu Anders Breyvikin ideologiyasını özündə ehtiva edən materiallar aşkar ediblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.