Avropa İttifaqı (Aİ) ilk dəfə Rusiyaya qarşı Kiyevə iyulun 1-i və 5-də endirilən ölümcül raket və pilotsuz uçuş aparatları zərbələrinə görə yeni sanksiyalar qəbul edib.
Əks-səda xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər bir fiziki və beş hüquqi şəxsə şamil olunub.
Brüssel bu strukturların Rusiyanın hərbi-sənaye kompleksinin tərkib hissəsi olduğunu və pilotsuz uçuş aparatlarının istehsalında iştirak etdiyini vurğulayıb.
Aİ-nin məlumatına görə, bu müəssisələr Rusiyanın pilotsuz uçuş aparatlarında istifadə olunan elektron və radioelektron komponentlərin hazırlanması və istehsalı ilə məşğuldur.


