Rusiyanın Krasnodar diyarının Yeysk rayonunda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Əks-səda xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, həlak olanlar uşaqlardır.
Bundan başqa, PUA qalıqları liman ərazisindəki müəssisəyə düşüb. Orada başlayan yanğın söndürülür.


