• Home  
  • “Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb
- Dünya - Hadisə - Manşet

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

“Air India” aviaşirkətinin Pxuketdən Delhiyə AI379 reysini yerinə yetirən təyyarəsi güclü burulğan zonasına düşüb. Əks-səda xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Məlumata görə, göyərtədə 3 körpə də daxil olmaqla 137 sərnişin və səkkiz ekipaj üzvü olub. İnsident nəticəsində 17 nəfər, o cümlədən 4 ekipaj üzvü xəsarət alıb. Təyyarə Delhi hava limanına uğurla eniş edib, […]

“Air India” aviaşirkətinin Pxuketdən Delhiyə AI379 reysini yerinə yetirən təyyarəsi güclü burulğan zonasına düşüb.

Əks-səda xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, göyərtədə 3 körpə də daxil olmaqla 137 sərnişin və səkkiz ekipaj üzvü olub. İnsident nəticəsində 17 nəfər, o cümlədən 4 ekipaj üzvü xəsarət alıb.

Təyyarə Delhi hava limanına uğurla eniş edib, bundan sonra bütün sərnişinlər və ekipaj göyərtəni tərk edib.

“Air India” şirkətindən bildiriblər ki, yüngül yaralanmış bir neçə sərnişin və ekipaj üzvü müayinə üçün tibb müəssisələrinə yerləşdirilib.

Daha sonra aviaşirkət beş sərnişinin xəstəxanadan buraxıldığını, qalanlarının müalicəsinin davam etdiyini bildirib.

Hindistan Mülki Aviasiya Nazirliyindən bildiriblər ki, Mülki Aviasiya Baş İdarəsi (DGCA) insidentlə bağlı araşdırmaya başlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.