• Home  
  • Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb
- Dünya - Gündəm - Hadisə

Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb

Panama bayrağı altında üzən “On Peace” tankeri Hörmüz boğazından keçməyə cəhd edərkən atəşə tutulub, nəticədə 12 heyət üzvü yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Kommersant” Hindistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb. “Ticarət gəmisinə bugün edilən hücumu pisləyirik… 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Məlumdur ki, 12 heyət üzvü, o cümlədən 11 Hindistan vətəndaşı […]

Hadisə

Panama bayrağı altında üzən “On Peace” tankeri Hörmüz boğazından keçməyə cəhd edərkən atəşə tutulub, nəticədə 12 heyət üzvü yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Kommersant” Hindistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

“Ticarət gəmisinə bugün edilən hücumu pisləyirik… 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Məlumdur ki, 12 heyət üzvü, o cümlədən 11 Hindistan vətəndaşı yaralanıb”, – qurumdan bildirilib.

Oman hakimiyyətinin dəstəyi ilə yaralanan dənizçilər təxliyə edilib və müalicə üçün Əl-Xəsaba çatdırılıb.

“Regionda gəmilərə hücum hallarının davam etməsi Hindistanda hələ də dərin narahatlıq doğurur. Sülh və sabitlik naminə biz bir daha bu cür hücumların dərhal dayandırılmasına çağırırıq”, – qurumdan əlavə edilib.

Hindistan XİN həmçinin beynəlxalq su yolları ilə gəmiçilik və ticarəti mümkün qədər tez bərpa etməyə çağırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.