• Home  
  • Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
- Dünya - Gündəm - Hadisə - Siyasət

Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər

Albaniyanın Baş naziri Edi Rama etiraz aksiyalarında iştirak edən tələbə və müəllimləri dialoqa çağırıb. Əks-səda xəbər verir ki, Edi Rama hökumətin etirazçılarla danışıqlara hazır olduğunu bildirib. Baş nazirin ofisinin qarşısına etirazçılarla görüşə hazır olduqlarını nümayiş etdirmək məqsədilə bir neçə stul qoyulub. Lakin tələbə və müəllimlər bu təklifi rədd edərək stulları kənara atıb və hökumət əleyhinə şüarlar […]

Albaniyanın Baş naziri Edi Rama etiraz aksiyalarında iştirak edən tələbə və müəllimləri dialoqa çağırıb.

Əks-səda xəbər verir ki, Edi Rama hökumətin etirazçılarla danışıqlara hazır olduğunu bildirib.

Baş nazirin ofisinin qarşısına etirazçılarla görüşə hazır olduqlarını nümayiş etdirmək məqsədilə bir neçə stul qoyulub. Lakin tələbə və müəllimlər bu təklifi rədd edərək stulları kənara atıb və hökumət əleyhinə şüarlar səsləndirməyə davam ediblər.

Baş nazir etirazçıların reaksiyasına münasibət bildirərək “Dialoq. Bəs kiminlə?” sualını ünvanlayıb.

Qeyd edək ki, Tiranada tələbələrin etirazları artıq səkkiz gündür davam edir. Etirazçılar universitetlərdə təhsil şəraitinin yaxşılaşdırılmasını, ali təhsil xərclərinin azaldılmasını, tələbələrə daha çox maliyyə dəstəyinin göstərilməsini və məzun olduqdan sonra iş imkanlarının yaxşılaşdırılmasını tələb edirlər. Onlar həmçinin siyasi tələblər irəli sürərək, ilk növbədə, hökumətin istefasına çağırış edirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.