• Home  
  • Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
- Dünya - Gündəm - İQTİSADİYYAT

Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır

Almaniya hökuməti benzinə tətbiq olunan vergini hər litr üçün 14 sent azaltmağı planlaşdırır və neftin qiymətindən asılı olaraq onun qiymətini məhdudlaşdırmaq imkanını nəzərdən keçirir. Əks-səda xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb. Qəzetin məlumatına görə, təkliflər hələ Almaniyanın federal torpaqlarının rəhbərləri ilə müzakirə olunmalıdır. Öz növbəsində, danışıqların gedişatı ilə tanış iki “Reuters” mənbəsi müzakirələrin davam […]

İqtisadiyyat

Almaniya hökuməti benzinə tətbiq olunan vergini hər litr üçün 14 sent azaltmağı planlaşdırır və neftin qiymətindən asılı olaraq onun qiymətini məhdudlaşdırmaq imkanını nəzərdən keçirir.

Əks-səda xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Qəzetin məlumatına görə, təkliflər hələ Almaniyanın federal torpaqlarının rəhbərləri ilə müzakirə olunmalıdır.

Öz növbəsində, danışıqların gedişatı ilə tanış iki “Reuters” mənbəsi müzakirələrin davam etdiyini və tədbirlərin maliyyələşdirilməsi məsələsinin açıq qaldığını bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.