• Home  
  • Nigeriyada polis maşınlarına hücum zamanı 8 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Nigeriyada polis maşınlarına hücum zamanı 8 nəfər ölüb

Nigeriyanın şimal-qərbində polis maşınlarına silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı ölüb. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli özünümüdafiə dəstələrinin nümayəndələri məlumat veriblər. Ölənlər arasında beş polis və hakimiyyət tərəfindən dəstəklənən özünümüdafiə birləşməsinin üç döyüşçüsü var. Hücum edənlər pusqu qurub və içərisində təhlükəsizlik qüvvələrinin əməkdaşları olan 15 yerlik avtobusu atəşə tutublar. Polisin […]

Nigeriyanın şimal-qərbində polis maşınlarına silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı ölüb.

Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli özünümüdafiə dəstələrinin nümayəndələri məlumat veriblər.

Ölənlər arasında beş polis və hakimiyyət tərəfindən dəstəklənən özünümüdafiə birləşməsinin üç döyüşçüsü var. Hücum edənlər pusqu qurub və içərisində təhlükəsizlik qüvvələrinin əməkdaşları olan 15 yerlik avtobusu atəşə tutublar.

Polisin açıqlamasına görə, hücumdan sonra 7 əməkdaşı xilas etmək mümkün olub, daha iki yaralı isə tibbi yardım göstərilməsi üçün təxliyə edilib. Hücum edənlər beş ədəd “AK-47” avtomatını ələ keçiriblər.

“Reuters”in polisdəki mənbələri həmçinin bir neçə əməkdaşın qaçırıldığını bildiriblər. Hakimiyyət neçə nəfərin itkin düşdüyünü hələ təsdiqləməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.