• Home  
  • Paytaxtın Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb
- Cəmiyyət - Gündəm

Paytaxtın Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

Suraxanı Rayon İcra Hakimiyyəti rayonun 14 İyul küçəsi və ərazidəki parkda abadlıq işləri həyata keçirib. “Əks-səda” xəbər verir ki, görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahət məkanları yaradılıb. Burada Heydər Əliyev bulağı, Yeni Suraxanı parkı, Şəhidlər abidəsi və 14 İyul küçəsindəki abidə yenidən qurulub, yol kənarındakı obyektlərin fasadları üzlənib, hasarlarda […]

Suraxanı Rayon İcra Hakimiyyəti rayonun 14 İyul küçəsi və ərazidəki parkda abadlıq işləri həyata keçirib.

Əks-səda” xəbər verir ki, görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahət məkanları yaradılıb.

Burada Heydər Əliyev bulağı, Yeni Suraxanı parkı, Şəhidlər abidəsi və 14 İyul küçəsindəki abidə yenidən qurulub, yol kənarındakı obyektlərin fasadları üzlənib, hasarlarda suvaq və rəngləmə işləri aparılıb. Küçə boyu asfalt örtüyü yenilənib, tamet döşəmə və bordürlar çəkilib, piyadaların rahat və maneəsiz hərəkəti üçün müvafiq infrastruktur yaradılıb. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə 500 ədəd yeni şam ağacı əkilib və qazon örtüyü çəkilib.

Yeni Suraxanı parkı əsaslı təmir edilib, sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün tam şərait yaradılıb. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. 2 yeni söhbətgah və parkın ərazisində müasir işıqlandırma sistemləri və 50 ədəd yeni oturacaq quraşdırılıb. Parkın ətrafında təhlükəsizliyi təmin etmək məqsədilə dəmir məhəccərlər qurulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.